Namizədlər üçün “döyüş” strategiyaları

sun-tzu-png1_

Hal-hazırda oxumaqda olduğum müəllifinin Ali Çimen olduğu “Tarixi Dəyişdirənlər” seriyasının “Tarixi Dəyişdirən Hərbçilər” kitabında məşhur strateq Sun Tsun haqqında hazırlanan bölmədə müəllifin “Hərb Sənəti” adlı kitabında belə bir maddə yer alır:

“Əgər həm düşməni, həm də özünüzü yaxşı tanısanız, yüzlərlə müharibədə yüzlərlə dəfə qalib gələrsiniz. Əgər özünüzü tanıyır, düşmən haqqında məlumatınız yoxdursa; birində qələbə çalar, digərində məğlub olarsınız. Nə özünüzü, nə də düşməni tanımırsanız, hər zaman məğlub olarsınız.”

Bu sətirləri oxuduğumda bu maddənin müsahibəyə dəvət olunmuş namizədlər üçün də çox faydalı olacağı qənaətinə gəldim. Nəzərə alsaq ki, müsahibələr simvolik də olsa rəqiblə döyüş meydanıdır və ehtiyatlı namizədlər bu döyüşə xüsusi strategiya ilə hazırlaşırlar, o zaman yuxarıdakı maddəni namizədlər üçün şağıdakı şəkildə uyğunlaşdıra bilərik:

“Əgər öz müsbət və mənfi tərəflərinizi, hədəflərinizi, karyera planınızı düzgün və məntiqli şəkildə müəyyənləşdirsəniz, yüzlərlə müsahibədə müvəffəqiyyət qazanar və növbəti mərhələyə adlarsınız. Əgər özünüzü tanıyır, ancaq görüşəcəyiniz şirkət haqqında heç bir araşdırma etmədən müsahibəyə yollansanız bir çox hallarda məyus olacaqsınız.”

Hörmətli namizədlər, odur ki, ən qısa zamanda hədəflərinizi, karyera planınızı, gələcəkdə işləmək istədiyiniz prioritet sahələri dəqiqləşdirin və bu məqsədlərə çatmaq üçün bir “fəaliyyət planı” hazırlayın. Müsahibəyə yollanmazdan əvvəl şirkətin yerləşdiyi məkandan tutmuş, fəaliyyət sahəsi, hədəfləri, strateji planları, rəqibləri, rəhbərliyi və s. haqqında ətraflı bir araşdırma edin. Görüşəcəyiniz mütəxəssisin kim olduğunu dəqiqləşdirib onun haqqında da mümkün olduqca çox və maraqlı məlumatlar əldə etməyə çalışın. Ancaq bu şəkildə “döyüşə” 1-0 öndə başlamaq olar.

Birinin Həyatına Toxunmaq

Bu ilin may ayının əvvəllərində dostum Seymurla birlikdə “Saymore Training and Coaching” adlı bir layihəyə start verdik. Layihənin məqsədi müxtəlf mövzularda təlim, seminar, fərdi kouçinq, şəbəkələşmə və s. tədbirləri təşkil edərək xüsusən tələbələrə, gənclərə, ümumilikdə isə müəyyən mövzularda dəstəyə ehtiyacı olan hər kəsə maksimum şəkildə kömək etmək, müəyyən bilik və təcrübələrimizi onlarla paylaşmaq idi. Çox qısa müddət ərzində müxtəlif təlim mərkəzlərində, universitetlərdə təlim və seminarlar təşkil edib keçirdik. Və çox qısa müddət ərzində təşkil etdiyimiz müxtəlif mövzulu tədbirlərdə yüzlərlə tələbə, yeni məzun və gənc mütəxəssis iştirak etdi və etməkdə də davam edir.

Onu da vurğulayım ki, keçirdiyimiz tədbirlərin bəziləri ödənişsiz, bəziləri isə ödənişli olur. Ödənişləri isə demək olar ki, həmin tədbirin sadəcə müəyyən xərclərini qarşılamaq üçün alırıq. Çünki biz bir şeyə inanırıq: təlimlərimizə, seminarlarımıza, görüşlərimizə gələn insanlar yeni biliklər əldə edir, yeni insanlar tanıyır, dünya görüşlərini artırır – bir sözlə Seymur demişkən “BİZ ONLARIN HƏYATINA TOXUNURUQ!” – təbii ki, müsbət mənada 🙂 Bu məqamda isə indicə oxuğum bir məqalədən kiçik bir hissəni sizinlə paylaşmaq istərdim – nöqtəsinə, vergülünə və dilinə toxunmadan:

… Ancak anlatmaya çalıştığım şey oldukça net; hayatını bulma, yolunu çizme aşamasındayken birilerinin sana rehber olması, kapı açması, cesaret vermesi bir insanın yaşamına yapılacak en büyüleyici dokunuş. Bunun için meşhur bir insan olmanız gerekmiyor. Ya da devletin yüksek sandalyelerinden birine sahip olmanız şart değil. Bunlar elbette yolunuzu kolaylaştırır ama esas mesele başka. Tarzınızı doğru belirlediğiniz sürece her zaman sizi dinleyecek ve rol modeli alacak birileri oluyor, bundan şüpheniz olmasın. Çok paranız olmasından asla bahsetmeyeceğim, ya da plazalardaki büyük şirketlerin yönetiminde olmanız gerekmez. Ama bilin ki, varolan konumunuzla da rehber olabileceğiniz birileri bir yerde sizi bekliyor. Bunun için biraz çaba göstermekle bir şey kaybetmezsiniz… (Bütöv məqalə ilə burada tanış ola bilərsiz)

Bu yolda bizə dəstək olub daim yanımızda olan bütün dostlara sonsuz təşəkkürlər! Yeni dostları da aramızda görmək diləyilə 🙂

“The Start-Up of You” kitabı haqqında

startupofyou

Əziz dostlar,

Bir neçə gün əvvəl oxumaqda olduğum, əsasən şəbəkələşmə, karyera planlaşdırılması, hədəflərin müəyyənləşdirilməsi və s. mövzularda yazılmış The Start-up of You kitabı haqqında faydalı olduğunu düşündüyüm müəyyən fikirləri paylaşmışdım. Kitabı çox bəyəndim və faydaları haqqında dostlarımızı da məlumatlandırmaq üçün kiçik bir bloq yazısı yazmağa qərar verdim.

Kitabın, LinkedIn şəbəkəsinin qurucusu Reid Hoffman və BusinessWeek jurnalı tərəfindən “Amerikanın ən yaxşı gənc təşəbbüskarı” ünvanı verilən Ben Casnocha tərəfindən qələmə alınması kitabı oxucular üçün daha da maraqlı edir. Məlumat üçün qeyd edim ki, kitab The New York Times və The Wall Street Journal qəzetləri tərəfindən “Bestseller” kimi qiymətləndirilib. Kitabı oxuyub qurtaqdıqdan sonra məlum oldu ki, kitab üçün xüsusi olaraq www.startupofyou.com adlı veb səhifə hazırlanıb və burada kitabı əldə edib oxumayanlar üçün peşəkar şəbəkəni necə genişləndirə biləcəyiniz və karyeranızı necə inkişaf etdirəcəyiniz haqqında daha çox məlumat və strategiyalar mövcuddur. Veb səhifədə ayrıca bunlar da yer alıb:

  • Kitabda qeyd olunmuş strategiyalardan bəzilərini həyata keçirmək məqsədilə LinkedIn-i istifadə etmək üçün addımlar haqqında hər kəsə açıq PDF
  • Karyeraları haqqında məlumat verən və aldıqları dərsləri oxucular ilə paylaşan Sheryl Sandberg, Mark Pincus, Joi Ito və başqa sanballı şirkət rəhbərləri ilə keçirilmiş video müsahibələr
  • Kitabın praktiki icmalı
  • Twitter-da @startupofyou ünvanı vasitəsilə müəlliflər ilə əlaqəyə keçə və #startYOU həştəqi ilə sullarınızı onlara ünvanlaya bilərsiniz.

Kitab və məzmunu haqqında daha çox məlumatı aşağıdakı link-lər vasitəsilə əldə edə bilərsiniz.

http://www.thestartupofyou.com/

file:///C:/Users/User01/Downloads/thestart-upofyouexecutivesummary1-130219104408-phpapp02.pdf

Hər kəsə faydalı oxumalar 🙂

İsveç şirkəti işçilərinə 6 milyon avro paylayacaq

İsveçin kiçik şəhərlərindən biri olan Hudiksvall’da yerləşən, istehsal sənayesi üçün kompyuter sistemləri istehsal edən Monitor adlı şirkət bu il işçilərinə gəlirindən 6 milyon 240 min avro paylama qərarına gəlib.
Huduksvall şəhərindəki Monitor şirkəti altı ildir 8.7 milyon avro üzərindəki bütün gəlirini işçilərinə paylayır. Keçən il 98 işçisinə gəlirindən 3.7 milyon avro paylayan şirkət, bu il də 108 işçisinə rekord miqdarda, 6 milyon 240 min avro paylayacaq.
Şirkətin baş direktoru Morgan Persson, böyük və universitet şəhərlərində personal tapmanın daha asan olduğunu, Hudiksvall kimi kiçik bir şəhərdə yaxşı təhsilli personal tapıb əldə tuta bilmək üçün isə adət olunandan daha fərqli davranmaq məcburiyyətində olduqlarını ifadə edib. 

Mənbə: http://www.samanyoluhaber.com/

Monitor ERP System

Bir CV-nin tarixçəsi

Bu ilin yanvar ayında Türkiyədə namizədlərdən biri məşhur şokolad istehsalçılarından olan “Ferrero Çikolata ve Tarım Ürünleri A.Ş” şirkətinin elan etdiyi “HR Trainee” (İR Təcrübəçisi) vakansiyasına özünəməxsus şəkildə müraciət edib.
Namizəd marketlərdən tapıb aldığı 2 ədəd Nutella qutusunun içinə onu şirkətə tanıdacaq, layihələri, qazandığı mükafatlar, gələcəyidən bəhs edən məlumatlar yerləşdirib.
Qutunun üst qapağı üçün də bir infografika hazırlayıb. Blog və sosial media profilləri və onunla əlaqə qurmaq üçün məlumatlar yerləşdirib. Qutunun yanında olan barkod nömrələrini isə mobil telefon nömrəsi ilə əvəz edib. Standart CV nümunəsini də qutunun içinə yerləşdirdiyi Nutella bankasına qoyub və xüsusi bir karqo şirkətilə Manisada yerləşən fabrikin İnsan Resursları ofisinə göndərib.
Sonda maraqalananlar üçün onu da deyim ki, təəssüf ki, namizəd müraciətinə müsbət cavab ala bilməyib.
Müəllifin bu və digər yazıları ilə burada tanış ola bilərsiz.

111

“Müsabələrin nəticəsinin bildirilməsi” ilə bağlı sorğunun nəticələri

Türkiyədə İnsan Resursları sahəsində çalışan bir neçə mütəxəssisin təşəbbüsü ilə “Bütün İK`cılar toplandık” adlı 43 nəfərdən ibarət bir google qrupu qurulub. Grup tərkibində davamlı olaraq İnsan Resursları ilə bağlı bir sıra məsələlər, o cümlədən namizədlərin qarşılaşdıqları problemlər geniş şəkildə müzakirə olunur.
Bu müzakirələrdən biri də təxminən 300 namizədin iştirak etdiyi “Müsabələrin nəticəsinin bildirilməsi” ilə bağlı sorğu olub. Ölkəmizdə də bu məsələ ilə bağlı kifayət qədər namizəd şikayətlərinin olduğunu nəzərə alaraq sorğunun nəticələrini sizlərlə paylaşmaq istədim. Birlikdə nəticə çıxarmaq diləyilə…
Mənbə: www.aydancag.com

Adaylar İcin Geri Bildirim Anketi

Şirkət rəhbərlərindən Qeyri-standart müsahibə sualları

12743772_1126653670678487_9216457087461192691_n

Xəbər saytı Quartz müsahibələrdə klassik sualları soruşmaqdan qaçınan CEO’lara, ‘həlledici’ suallarının nə olduğunu soruşub. Dünyagörüşləri fərqli olsa da, CEO-ların hamısının insanların dünya görüşünü və dəyərləndirmə tərzini ölçməyə istiqamətli suallar soruşduğu ortaya çıxıb. Həmin suallardan bəziləri ilə tanış olun:
– Səndən qorxulmağınımı yoxsa sənə hörmət edilməsinimi istəyərsən?
CA Technologies’in CEO-su Michael Gregoire, texniki olaraq bu sualın doğru bir cavabının olmadığını, ancaq cavabın insanların liderlik üslubuyla əlaqədar çox əhəmiyyətli ipucları verdiyini söyləyib.
– Bu gün niyə buradasan?
Bu sual çox sadə kimi görünsə də veriləcək cavab namizədin işi qəbul olb olmamasında əhəmiyyətli rol oynayır. Travelport CEO-su Gordon Wilson, bu suala verilən cavablardan, ümumiyyətlə namizədlərin öz maraqlarını düşündüyünü göstərdiyini söyləyib. Halbuki, Wilson, cavablarda namizədlərdən şirkət üçün nə edəcəklərini söyləmələrini daha əhəmiyyətli hesab edir.
– Monopoly oyununda ən çox satın almaq istədiyiniz mülk hansıdır?
İnvestisiya bankı Moelis & Co’nun qurucusu Ken Moelis, bu suala verilən cavablardan namizədlərin nə qədər risk ala biləcəklərini ölçdüyünü ifadə edib.
-7-8 yaşlarında kim olmaq istərdiniz?
İnvestisiya bankı Barclays’in direktor köməkçisi Barbara Byrne, texniki biliklərlə bağlı suallar vermyi sevmədiyini, bunun yerinə namizədlərin uşaqlığından bəhs etmək, onlara keçmişdəki xəyallarını soruşmağın namizədləri daha yaxından tanımağı təmin etdiyini ifadə edib.
– Bizim üçün bir mahnı oxu
İnformasiya xidmətləri şirkəti Tech Mahindra’nın CTO-su Atul Kunwar isə hobbilərə çox əhəmiyyət verənlər arasındadır. Kunwar, CV-lərdəki hobbilər hissəsinin elə sürətlə üzərindən keçiləcək bir mövzu olmadığını düşünür. Məsələn bir namizəd, müsahibə zamanı mahnı oxumağı sevdiyindən bəhs edirsə, Kunwar ona həqiqətən də bütün idarəçilərin qarşısında mahnı oxudur. Bunun, namizədin bir mövzuda həvəsli olduğunun və o mövzuda özünü inkişaf etdirməyə istəkli olduğunun bir göstəricisi olduğunu düşünür.

İş dünyasının gələcəyi – “Crowdsourcing”

12744369_1123029724374215_8187646747123594848_n

“Crowdsourcing” – Kütlələrin həll platforması” adlı iş modelində müştərilərin özləri istehsal edir və yenə eyni müştərilər istehsal edilənləri satın alır.
Wikipedia nümunəsində – internet ensiklopediyası olan Wikipedia-nın məzmununu milyonlarla sıravi insan müəyyənləşdirir və yenə milyonlarla bənzər sıravi insan istehlak edir. iStockphoto.com saytı yenə milyonlarla həvəskar fotoqrafın fotoşəkillərini başqa istifadəçilərin almasına imkan verən bir saytdır. İstifadəçilər hazırlayır və yenə istifadəçilər satın alır.

Hazırda dünyada klassik müəssisələrin edə biləcəyi ağıllı iş, insanların həm istehsal, həm də istehlak edə biləcəyi platformalar ortaya çıxarmaqdır. Twitter, YouTube və Facebook əslində insanların həm məzmun hazırladığı, həm də məzmun istehlak etdiyi platformalardır. O zaman qloballaşma və böyümə məqsədi olan müəssisələr bu gün müştərilərin həm, istehsal həm də istehlak edə biləcəyi platformalar üzərində işləməlidirlər.

Barak Obama-nın ABŞ prezident seçkisində apardığı seçki kampaniyasını da bir başqa “Crowdsourcing” nümunəsi kimi göstərmək olar. Əvvəllər ABŞ-da seçki kampaniyalarında namizədləri müxtəlif işadamları milyonlarla dollarlıq ianələrlə dəstəkləyərdilər. Obamanın kampaniyasında isə belə bir şey olmadı. Milyonlarla vətəndaş 100 dollar ətrafında kiçik məbləğləri Obamanın kampaniyasına bağışladılar. Bununla qalmadılar, Obamanı bloqlar, Facebook və Twitter vasitəsilə də dəstəklədilər. Beləcə milyonlarla müstəqil insan, bir seçki kampaniyası ordusuna çevrildi.

Mənbə və müəllifin digər məqalələri ilə də burada tanışa ola bilərsiniz.

 

İllərlə işə getmədən maaş alan “İspan məmur”

14551965371621

İspaniyada bir dövlət məmurunun illərlə işə getmədən maaş aldığı, “20 illik xidmətlərindən ötürü” ona plaket verilmək istənməsi zamanı ortaya çıxıb.

Ölkənin cənub-şərqindəki “Cadiz” bələdiyyəsində çalışan 69 yaşındakı Joaquin Garcia 1996-cı ildə bələdiyyəyə aid su paylama şirkətində mühəndis olaraq işə başlayıb. İldə vergilər daxil 37 min Avro maaş alan Garcia, 2010-cu ildə təqaüdə çıxıb. Lakin hələ də işlədiyi zənn edilərək ona plaket verilməsi planlaşdırılıb. Ancaq araşdırma zamanı Garcia`nın 2004-2010-cu illər arasında işə getmədiyi qəti şəkildə müəyyən edilib.

Məhkəmə, təqaüdçü məmur Garcia`ya verilə biləcək ən yüksək cəza olan bir illik xalis maaşını (29 min 920 Avro) geri ödəməyə məhkum edib.

Joaquin Garcia isə şirkətin özünə hər hansı bir vəzifə öhdəliyi müəyyənləşdirmədən işə qəbul etdiyini, ancaq buna baxmayaraq nizamlı olaraq işə getdiyini söyləyib. Garcia, “Edəcək heç bir şey yox idi. 08.00-15.00 arası olmasa da hər gün işə gedirdim.” deyib.
Bekarçılıqdan özünü oxumağa verən Joaquin Qarsiyanın filosof Baruch Spinoza mütəxəssisi olduğu ifadə edilir.

Google`un rəhbəri nə qədər maaş aldığını bilmir

12734195_1120494647961056_8368889877862962515_n

Google`un Avropa məsulu Matt Brittin`in, İngiltərə İctimai Hesablama Komitəsi nazirlərinin sorğusu zamanı maaşını bilmədiyini söyləməsi, müzakirələrə səbəb olub.
Guardian qəzetinin xəbərinə görə, İctimai Hesablama Komitəsi tərəfindən sorğu-sual edilən Brittin’den maaşını açıqlaması tələb olunub.

Komitə sədri Meg Hillier’in tələbini “Əgər komitə üçün bu qədər mühimdirsə, əlbəttə deyərəm” deyə cavablayan Brittin, Hillier’in israrlı suallarına baxmayaraq “nə qədər maaş aldığını açıqlaya bilmədiyini, çünki tam olaraq nə qədər qazandığını bilmədiyini” söyləyib.
Hillier’in sərt bir şəkildə “Maaşınızın nə qədər olduğunu bilmirsinizmi cənab Britton?” deyə soruşması, nazirlər arasında gülüşmələrə səbəb olub.

Bütün bunlara isə texnologiya nəhəngi Google`un, 2006 və 2011 illəri arasında qeydə alınan 18 milyard dollarlıq gəlirinə qarşılıq yalnız 16 milyon dollar vergi ödəməklə günahlandırılması səbəb olub.