Namizədlər Müsahibələrə Necə Hazırlaşmalıdırlar

Ümumiyyətlə şirkətlər universitetdən yeni məzun olmuş və ya yalnız 1-2 il təcrübəsi olan namizədləri işə alarkən namizədlərin arasından seçim etməkdə çətinlik çəkirlər. Bunun səbəbi namizədlərin təcrübələrinin bir-birlərinə çox bənzəməsidir.

Əslində bu tip namizədləri işə qəbul edərkən əhəmiyyətli olan onların keçmiş təcrübələrindən çox, bir gələcək planlarının olub olmadığıdır. İkinci diqqət yetirilməsi lazım olan nöqtə isə bu namizədlərin müsahibəyə gələrkən o şirkəti həqiqətən araşdırıb araşdırmadığıdır. Şirkət haqqında heç bir məlumatı olmayan və o şirkətin nələr etdiyini bilməyən bir namizəd şirkət rəhbərinin gözündə o işi kifayət qədər ciddi qəbul etmir deməkdir. Təəssüf ki, günümüzdə universitetlərdə oxuyan tələbələrə müsahibələrə necə hazırlaşmaq lazım olduğu və ya suallara necə cavab verilməsi lazım olduğu kifayət qədər öyrədilmir. Halbuki xaricdəki universitetlərdə bu təhsil şagirdlərə məcburi tutulur və beləliklə də şagird məzun olduğunda və işlə bağlı bir müsahibəyə getdiyi zaman nə geyməsi lazım olduğunu, o müsahibəyə necə hazırlaşmalı olduğunu və özünü necə ifadə etməli olduğunu bilərək gedir.

Yeni məzun və ya az təcrübəli namizədlərlə keçirilən müsahibələrdə ən çox istifadə edilən suallar isə “Mənə bir az özünüzdən danışın”, “Niyə bu işdə çalışmaq istəyirsən?”, “Bizim şirkətimizlə əlaqədar nələr bilirsən?” və “İrəlidə özünü harada görürsən?” və s. kimi suallardır. Əgər namizəd bu suallara düzgün və dəqiq bir şəkildə cavab verirsə və təbii ki, digər ixtisas və lazımlı bilik və bacarığı da varsa həmin namizəd bu işi əldə etməyə çox yaxındır. Lakin, suallara “Bu işdə çalışmaq istəyirəm, çünki təcili pul qazanmağa ehtiyacım var” ya da “İrəlidə nə iş görəcəyim əhəmiyyətli deyil, yetər ki özümü ailəmə və digərlərinə göstərim” və ya “Sizin şirkətinizin tam olaraq nə ilə məşğul olduğunu bilmirəm, çünki internet saytınızı araşdırma fürsətim olmadı” ya da “Mən əslində marketinq mütəxəssisi vəzifəsində çalışmaq istəyirəm amma siz satınalma mütəxəssisi vəzifəsinə işçi axtarırsınız. Mən də əvvəl bu mövqedə işə başlayım sonra ona keçərəm deyə düşündüm “kimi cavablar gəlirsə o namizədi işə götürüb yetişdirmənin də bir mənası yoxdur. Onsuz da bu namizəd işlə kifayət qədər maraqlanmadığı üçün istənilən səmərəni ya verə bilməyəcək, ya da uzun bir müddət sonra verəcəkdir.

Son olaraq müsahibələrdə namizədə “Sənin mənə şirkətlə və ya vəzifə ilə əlaqədar sualların varmı?” deyə soruşulduğunda əgər namizəd maaş və ya iş saatları xaricində edilən işə istiqamətli və ya çalışacağı qrupa istiqamətli bir sual soruşursa bu o namizədin işə istəkli olduğuna işarə kimi qiymətləndirilə bilər. Əgər heç bir sualı yox isə bu yenə namizədin o mövqe üçün çox da istəkli olmadığına dair bir işarədir.

Advertisements

Uğurlu karyera üçün nələr etməli? – Yeni başlayanlar üçün önsöz

Karyera əksər düşüncələrin əksinə başqaları tərəfindən deyil, insanın özü tərəfindən idarə edilməli olan bir prosesdir.

– İşə özünüzü tanımaqdan başlayın. Şəxsi SWOT analizinizi edin.
– Uğurlu Karyera planlaşdırılması üçün ətrafınızda baş verən hadisələri analiz etməniz mütləqdir. Daimi arayışda olun. Hər bir sosial, ictimai və professional tədbirlərdə iştirak edin. Əmək yarmarkaları, ölkə daxilində və xaricində təşkil edilən ödənişsiz və ya qismən ödənişli təlim və seminarlar haqqında mütəmadi araşdırmalar edin.
– Vaxtınızın və əldəki imkanlarınızın dəyərini bilin. Boş vaxtlarınızı çox yaxşı dəyərləndirin. Özünüzü yetişdirməyə çalışın. Yoxsa, SON PEŞMANLIQ FAYDA VERMƏYƏCƏK…
– Daima ölkədə və dünyada baş verən prosesləri izləyin, ən əsası ölkəmizdə iş imkanları və tələbatlar haqqında məlumatları əldə etməyə səy göstərin.
– Gündəlik kitab oxuyun, bununla bağlı hədəfləriniz olsun. Fahri müəllim demişkən “5 il sonra siz oxuduğunuz kitablarin cəmi olacaqsınız”.
– Daim riayət edəcəyiniz bir fəaliyyət planı hazırlayın. (Action Plan)
– Bacardığınız qədər təcrübə qazanmağa çalışın. Biz fərqində olmasaq da bunu etmək üçün ətrafımızda bir çox resurs var. Yerli və xarici təşkilatlar, hər il ölkəmizdə keçirilən beynəlxalq və yerli əhəmiyyətli tədbirlər, şirkətlərin elan etdikləri təcrübə proqramlarını və s. mütləq izləməyə çalışın.
– Özünüz üçün Ağıllı (SMART) hədəflər müəyyələnləşdirin.
DAYDAYIMIZ yoxdur, ama çox şükür NETWORK-ümüz var.

– Ətrafınızda daim məsləhətləşə biləcəyiniz yeni insanlarla tanış olmağa çalışın, əlaqələrinizi genişləndirin.

Namizədlər İşçi Seçimi üzrə ekspertdə hansı xüsusiyyətlərə fikir verir

Əhəmiyyətli hesab etdiyim bir mövzu haqqında kiçik bir tərcümə etdim. Maraqlananlar buyurub oxuya bilər…

Son günlərdə mesaj qutuma müsahibələrdə insan resursları mütəxəssislərinin davranışları və performanslarına istiqamətli bir çox mesaj gəlir. Oxuduğum ismarıcların məzmunu təxmin edə biləcəyiniz kimi işə alım prosesində çalışan insan resursları mütəxəssisləri adına elə də parlaq deyil.

Bundan sonra Linkedin`də kiçik bir anket keçirməyə qərar verdim. Əslində anket sualının variantlarının hamısı bir işçi seçimi üzrə mütəxəssisin mütləq nümayiş etdirməsi lazım olan davranış və performans standartlarını ehtiva edirdi. Mənim məqsədim isə anket iştirakçılarının beş doğru variant arasından prioritetlərini müəyyən etmək idi.

O mütəxəsisisin davranışlarını çox bəyəndim, çünki…
Gülərüz və mehriban idi – 28 nəfər (36 %)
Özümü yaxşı ifadə edə bildim – 26 nəfər (33 %)
Şirkəti və imkanlarını yaxşı izah etdi – 7 nəfər (9 %)
Nə vaxt nəticə ala biləcəyimi izah etdi – 10 (15 %)
Müsahibə haqqındakı təəssüratlarımı soruşdu – 6 (7 %)

Anketdə iştirak edən 77 nəfərdən 36 %-i mütəxəssisin gülərüzlü və mehriban olmasını bəyənmişdir. İşə alım mütəxəssisinin performansı sayəsində özünü yaxşı ifadə etməyə əhəmiyyət verdiyini ifadə edənlərin nisbəti isə 33 %-dir.

Bu kiçik anketdən bütün insan resursları dünyası və müsahibə keçirmə səlahiyyətinə sahib ekspertlər çox əhəmiyyətli aşağıdakı mesajları almalıdırlar:
-Qarşınızdakı namizədlərə gülərüzlü olun və hörmətli davranın.
-Müsahibələrdə namizədlərin özlərini rahat ifadə edə biləcəkləri keyfiyyətdə suallar soruşun. Aldığınız cavabları şərh etməyi öyrənin.
-Görüş nəticəsi haqqında namizədləri “Biz sizə məlumat verərik” deyərək xəbərsiz buraxmayın.
-Təmsil etdiyiniz şirkət haqqında məlumat verin, iş şərtləri və imkanlarını dəqiq bir şəkildə izah edin.
-Namizədlərin yaşadıqları müsahibədən duyduqları məmnuniyyəti kiçik bir anket tətbiq edərək ölçün. Əldə etdiyiniz nəticə üzərindən inkişaf sahələrinizi müəyyən edin.
(İpek Aral)