Namizədlər Müsahibələrə Necə Hazırlaşmalıdırlar

Ümumiyyətlə şirkətlər universitetdən yeni məzun olmuş və ya yalnız 1-2 il təcrübəsi olan namizədləri işə alarkən namizədlərin arasından seçim etməkdə çətinlik çəkirlər. Bunun səbəbi namizədlərin təcrübələrinin bir-birlərinə çox bənzəməsidir.

Əslində bu tip namizədləri işə qəbul edərkən əhəmiyyətli olan onların keçmiş təcrübələrindən çox, bir gələcək planlarının olub olmadığıdır. İkinci diqqət yetirilməsi lazım olan nöqtə isə bu namizədlərin müsahibəyə gələrkən o şirkəti həqiqətən araşdırıb araşdırmadığıdır. Şirkət haqqında heç bir məlumatı olmayan və o şirkətin nələr etdiyini bilməyən bir namizəd şirkət rəhbərinin gözündə o işi kifayət qədər ciddi qəbul etmir deməkdir. Təəssüf ki, günümüzdə universitetlərdə oxuyan tələbələrə müsahibələrə necə hazırlaşmaq lazım olduğu və ya suallara necə cavab verilməsi lazım olduğu kifayət qədər öyrədilmir. Halbuki xaricdəki universitetlərdə bu təhsil şagirdlərə məcburi tutulur və beləliklə də şagird məzun olduğunda və işlə bağlı bir müsahibəyə getdiyi zaman nə geyməsi lazım olduğunu, o müsahibəyə necə hazırlaşmalı olduğunu və özünü necə ifadə etməli olduğunu bilərək gedir.

Yeni məzun və ya az təcrübəli namizədlərlə keçirilən müsahibələrdə ən çox istifadə edilən suallar isə “Mənə bir az özünüzdən danışın”, “Niyə bu işdə çalışmaq istəyirsən?”, “Bizim şirkətimizlə əlaqədar nələr bilirsən?” və “İrəlidə özünü harada görürsən?” və s. kimi suallardır. Əgər namizəd bu suallara düzgün və dəqiq bir şəkildə cavab verirsə və təbii ki, digər ixtisas və lazımlı bilik və bacarığı da varsa həmin namizəd bu işi əldə etməyə çox yaxındır. Lakin, suallara “Bu işdə çalışmaq istəyirəm, çünki təcili pul qazanmağa ehtiyacım var” ya da “İrəlidə nə iş görəcəyim əhəmiyyətli deyil, yetər ki özümü ailəmə və digərlərinə göstərim” və ya “Sizin şirkətinizin tam olaraq nə ilə məşğul olduğunu bilmirəm, çünki internet saytınızı araşdırma fürsətim olmadı” ya da “Mən əslində marketinq mütəxəssisi vəzifəsində çalışmaq istəyirəm amma siz satınalma mütəxəssisi vəzifəsinə işçi axtarırsınız. Mən də əvvəl bu mövqedə işə başlayım sonra ona keçərəm deyə düşündüm “kimi cavablar gəlirsə o namizədi işə götürüb yetişdirmənin də bir mənası yoxdur. Onsuz da bu namizəd işlə kifayət qədər maraqlanmadığı üçün istənilən səmərəni ya verə bilməyəcək, ya da uzun bir müddət sonra verəcəkdir.

Son olaraq müsahibələrdə namizədə “Sənin mənə şirkətlə və ya vəzifə ilə əlaqədar sualların varmı?” deyə soruşulduğunda əgər namizəd maaş və ya iş saatları xaricində edilən işə istiqamətli və ya çalışacağı qrupa istiqamətli bir sual soruşursa bu o namizədin işə istəkli olduğuna işarə kimi qiymətləndirilə bilər. Əgər heç bir sualı yox isə bu yenə namizədin o mövqe üçün çox da istəkli olmadığına dair bir işarədir.

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma