Fürsətlər Hazır Ruhlar Üçündür

Fürsəti – qısaca müəyyən vaxtlarda, müəyyən şəraitdə insanların qarşısına çıxan və dəyərləndirilməsi mümkün imkanlar kimi ifadə etmək olar. Konkret olaraq sizlərə karyera ilə bağlı qarşımıza çıxan imkanlardan və bu imkanları dəyərləndirmək üçün nələt etməli olduğumuzdan bəhs etmək istərdim.

Bu cümləni orta məktəbdə təhsil aldığım vaxtda bir müəllimimiz bizləri motivə etmək üçün tez-tez təkrar edərdi.

İlk öncə vurğulayım ki, bu fürsətlər qarşımıza hər an və demək olar ki, hər yerdə çıxa bilər; təhsil aldığımız universitetdə, çalışdığımız şirkətdə və hətta hərbi xidmətdə belə. Ancaq günümüzdə çox təəssüf ki, bir çoxumuz bu fürsətləri dəyərləndirmək üçün yetərli bazaya sahib deyilik. Yaxşı bunun üçün nə etmək lazımdır; qısaca bu barədə:

  • Ümidli olun, ümidsizliyə düşməyin. Hər şey bir ümidlə və bir addımla başlayır.
  • İşə özünüzü tanımaqla başlayın.
  • Nəzəri biliklərinizi mükəmməlləşdirin, praktikanı da unutmayın.
  • Daima arayışda olun, yeni insanlarla tanış olun, əlaqələrinizi genişləndirin.
  • Dil biliklərinizi mükəmməlşdirin, danışıq klublarında iştirak edin. Çalışın universitetdən məzun olanadək heç olmasa normal şəkildə ingilis və rus diliniz olsun.
  • Heç kim sizin əvəzinizə iş tapmayacaqdır. Aktiv olun, bazardakı iş imkanları və tələbatlar haqqqında xəbərdar olmağa çalışın. Tələbəlik həyatınızı sadəcə “Ev-Universitet” arasında keçirməyin.
  • Təhsil aldığınız müəssissənin imkanlarından maksimum istifadə etməyə çalışın. Özünüzü inkişaf etdirmə arzunuz və əzminiz yoxdursa o zaman təhsil aldığınız universitet və ya qurumun elə də əhəmiyyəti olmayacaq. (Mən şəxsən bakalavr təhsilini əyalət universitetlərinin birində, doktoranturanı isə məşhir Oxford universitetində bitirən birini tanıyıram. )
  • “Təcrübəm yoxdur, iş tapa bilmirəm” bəhanəsinin arxasına sığınmayın. Araşdırıb təcrübə proqramları tapın. Hal-hazırda ölkəmizdə fəaliyyət göstərən bir çox şirkətdə bu imkan var, sadəcə onlara uyğun “səviyyəli təcrübəçi yoxdur!”
  • İntellektual yarışlarda iştirak etməyə çalışın, bu sizə öz üzərinizdə işləmək üçün həm stimul, həm də həvəs yaradacaq.
  • Gələcək planlarınızı indidən konkretləşdirin və buna uyğun olaraq da “Fəaliyyət Planı” hazırlayın.

Bu siyahını istədiyiniz qədər uzatmaq olar, ancaq əsas odur ki, qarşımıza çıxacaq fürsətləri dəyərləndirə biləcəyimiz bazamız və biliklərimiz kifayət qədər olsun. Qısacası FÜRSƏTLƏR HAZIR RUHLAR ÜÇÜNDÜR!

Advertisements

Fürsətlər Hazır Ruhlar Üçündür” üzərinə bir şərh

  1. Geri izləmə: Fürsətlər Hazır Ruhlar Üçündür | Hamar.az

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma