Keyfiyyətli CV və ya Elçiyə Zaval Yoxdur

Demək olar ki, hər gün müxtəlif şirkət və müəssisələrin insan resursları mütəxəssisləri namizdələrin göndərdikləri CV-ləri qəbul edirlər. Bu CV-lər müxtəlif dizayn və formalarda olur. Bununla yanaşı bir çox namizəd göndərdikəri CV-lərə heç bir cavab almamaqdan və müsahibələrə dəvət edilməməkdən şikayət edirlər. Təbii ki, bütün bunların müxtəlif səbəbləri var. Mənim demək istədiklərim isə ilk baxışdan əhəmiyyətsiz görünən ancaq namizədlər üçün həlledici ola biləcək məqamlarda yol verilən səhvlər haqqında olacaqdır.

Mən CV-ləri rəmzi də olsa, işləmək istədiyimiz şirkətlər və ya qurumlara bizim göndərdiyimiz “Elçilər” olaraq dəyərləndirirəm. Bizim müsahibəyə dəvət alıb almamağımız “həmin bu elçilərin şirkət nümayəndəsi tərəfindən ilk qəbulu zamanı özünü necə aparmasından” asılıdır. İndi isə konkret olaraq yol verilən “kiçik” səhvlər haqqında:

– Şirkətlərə CV göndərməzdən əvvəl özünüz üçün ad və soyadınızla uyğun olacaq bir mail ünvanı açın. Tez tez mail-lərə verilən çox qəribə adlar ilə qarşılaşırıq. (orik, ayka, ramzes və s. kimi) Bu hal göndərilən müraciətlərin ciddiliyinə çox zərər verir. Bundan başqa çalışın mail göndərərkən daha çox gmail, yahoo və ya hotmail-dən istifadə edin. Bəzi mail ünvanlarından göndərilən CV-lər birbaşa spamjunk mail kimi dəyərləndirilir və ünvanına çatmadan silinir.

– Mail göndərərkən mövzu hissəsində aidiyyatı olaraq vakansiyanın adını qeyd edin.

– Bir neçə cümlə ilə də olsa qısaca fikrinizi çatdırın. Mətn hissəsini eləcə boş qoymayın.

– CV-nin qrammatik düzgünlüyünə və estetik gözəlliyinə diqqət yetirin. İmla qaydalarına riayət edin.

– Əgər CV-yə şəkil tələb olunursa – ən yeni, 3×4 ölçülü şəkili sağ üst küncə yerləşdirilməlidir. Toyda, əyləncədə çəkilmiş “qəribə” şəkillər əlavə etməyin!

– CV-nin ilk hissəsində yer alan “Objectives” və “Qualifications” bölümünü hazırlamağınız sizin hədəflərinizi müəyyən etmiş namizəd olduğunuzu və nə istədiyinizi bildiyiniz haqda təsəvvür yaradır. “Objectives” bölümünə nə olmaq istədiyinizi, karyera hədəflərinizi, “Qualifications” bölümünə sizi digərlərindən ayıran ünsürləri yaza bilərsiniz.

– Standart format və yazı şriflərindən istifadə olunmalıdır. E-mail ilə göndərilən CV-lərdə bu məsələ özünü daha qabarıq göstərməkdədir. Bəzi CV-lər açılmadıqları, oxuna bilmədikləri üçün kənarda qalmalı olur. Yazının böyüklüyü 11 vəya 12 pt olmalıdır.

– Son olaraq CV-lərdəki məlumatlar mütləq şəkildə düzgün olmalıdır. Heç bir halda şişirdilmiş və əsassız məlumatları qeyd etməyin. Müsahibədə bu hal aşkarlanarsa halımızı təsəvvür belə etmək istəməzdik hər halda 🙂

Təbii ki, bütün bunlarla iş bitmir. Bu hələ yolun başlanğıcıdır. Əsas olan gələcək karyeramızı uğurlu başlamaq və davam etdirmək üçün öz üzərimizdə daim və yorulmadan işləmək və qoyduğumuz hədəflərə çatmaqdır. Hamınıza bu yolda uğurlar!

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma