Şirkət rəhbərlərindən Qeyri-standart müsahibə sualları

12743772_1126653670678487_9216457087461192691_n

Xəbər saytı Quartz müsahibələrdə klassik sualları soruşmaqdan qaçınan CEO’lara, ‘həlledici’ suallarının nə olduğunu soruşub. Dünyagörüşləri fərqli olsa da, CEO-ların hamısının insanların dünya görüşünü və dəyərləndirmə tərzini ölçməyə istiqamətli suallar soruşduğu ortaya çıxıb. Həmin suallardan bəziləri ilə tanış olun:
– Səndən qorxulmağınımı yoxsa sənə hörmət edilməsinimi istəyərsən?
CA Technologies’in CEO-su Michael Gregoire, texniki olaraq bu sualın doğru bir cavabının olmadığını, ancaq cavabın insanların liderlik üslubuyla əlaqədar çox əhəmiyyətli ipucları verdiyini söyləyib.
– Bu gün niyə buradasan?
Bu sual çox sadə kimi görünsə də veriləcək cavab namizədin işi qəbul olb olmamasında əhəmiyyətli rol oynayır. Travelport CEO-su Gordon Wilson, bu suala verilən cavablardan, ümumiyyətlə namizədlərin öz maraqlarını düşündüyünü göstərdiyini söyləyib. Halbuki, Wilson, cavablarda namizədlərdən şirkət üçün nə edəcəklərini söyləmələrini daha əhəmiyyətli hesab edir.
– Monopoly oyununda ən çox satın almaq istədiyiniz mülk hansıdır?
İnvestisiya bankı Moelis & Co’nun qurucusu Ken Moelis, bu suala verilən cavablardan namizədlərin nə qədər risk ala biləcəklərini ölçdüyünü ifadə edib.
-7-8 yaşlarında kim olmaq istərdiniz?
İnvestisiya bankı Barclays’in direktor köməkçisi Barbara Byrne, texniki biliklərlə bağlı suallar vermyi sevmədiyini, bunun yerinə namizədlərin uşaqlığından bəhs etmək, onlara keçmişdəki xəyallarını soruşmağın namizədləri daha yaxından tanımağı təmin etdiyini ifadə edib.
– Bizim üçün bir mahnı oxu
İnformasiya xidmətləri şirkəti Tech Mahindra’nın CTO-su Atul Kunwar isə hobbilərə çox əhəmiyyət verənlər arasındadır. Kunwar, CV-lərdəki hobbilər hissəsinin elə sürətlə üzərindən keçiləcək bir mövzu olmadığını düşünür. Məsələn bir namizəd, müsahibə zamanı mahnı oxumağı sevdiyindən bəhs edirsə, Kunwar ona həqiqətən də bütün idarəçilərin qarşısında mahnı oxudur. Bunun, namizədin bir mövzuda həvəsli olduğunun və o mövzuda özünü inkişaf etdirməyə istəkli olduğunun bir göstəricisi olduğunu düşünür.

Advertisements

İş dünyasının gələcəyi – “Crowdsourcing”

12744369_1123029724374215_8187646747123594848_n

“Crowdsourcing” – Kütlələrin həll platforması” adlı iş modelində müştərilərin özləri istehsal edir və yenə eyni müştərilər istehsal edilənləri satın alır.
Wikipedia nümunəsində – internet ensiklopediyası olan Wikipedia-nın məzmununu milyonlarla sıravi insan müəyyənləşdirir və yenə milyonlarla bənzər sıravi insan istehlak edir. iStockphoto.com saytı yenə milyonlarla həvəskar fotoqrafın fotoşəkillərini başqa istifadəçilərin almasına imkan verən bir saytdır. İstifadəçilər hazırlayır və yenə istifadəçilər satın alır.

Hazırda dünyada klassik müəssisələrin edə biləcəyi ağıllı iş, insanların həm istehsal, həm də istehlak edə biləcəyi platformalar ortaya çıxarmaqdır. Twitter, YouTube və Facebook əslində insanların həm məzmun hazırladığı, həm də məzmun istehlak etdiyi platformalardır. O zaman qloballaşma və böyümə məqsədi olan müəssisələr bu gün müştərilərin həm, istehsal həm də istehlak edə biləcəyi platformalar üzərində işləməlidirlər.

Barak Obama-nın ABŞ prezident seçkisində apardığı seçki kampaniyasını da bir başqa “Crowdsourcing” nümunəsi kimi göstərmək olar. Əvvəllər ABŞ-da seçki kampaniyalarında namizədləri müxtəlif işadamları milyonlarla dollarlıq ianələrlə dəstəkləyərdilər. Obamanın kampaniyasında isə belə bir şey olmadı. Milyonlarla vətəndaş 100 dollar ətrafında kiçik məbləğləri Obamanın kampaniyasına bağışladılar. Bununla qalmadılar, Obamanı bloqlar, Facebook və Twitter vasitəsilə də dəstəklədilər. Beləcə milyonlarla müstəqil insan, bir seçki kampaniyası ordusuna çevrildi.

Mənbə və müəllifin digər məqalələri ilə də burada tanışa ola bilərsiniz.

 

İllərlə işə getmədən maaş alan “İspan məmur”

14551965371621

İspaniyada bir dövlət məmurunun illərlə işə getmədən maaş aldığı, “20 illik xidmətlərindən ötürü” ona plaket verilmək istənməsi zamanı ortaya çıxıb.

Ölkənin cənub-şərqindəki “Cadiz” bələdiyyəsində çalışan 69 yaşındakı Joaquin Garcia 1996-cı ildə bələdiyyəyə aid su paylama şirkətində mühəndis olaraq işə başlayıb. İldə vergilər daxil 37 min Avro maaş alan Garcia, 2010-cu ildə təqaüdə çıxıb. Lakin hələ də işlədiyi zənn edilərək ona plaket verilməsi planlaşdırılıb. Ancaq araşdırma zamanı Garcia`nın 2004-2010-cu illər arasında işə getmədiyi qəti şəkildə müəyyən edilib.

Məhkəmə, təqaüdçü məmur Garcia`ya verilə biləcək ən yüksək cəza olan bir illik xalis maaşını (29 min 920 Avro) geri ödəməyə məhkum edib.

Joaquin Garcia isə şirkətin özünə hər hansı bir vəzifə öhdəliyi müəyyənləşdirmədən işə qəbul etdiyini, ancaq buna baxmayaraq nizamlı olaraq işə getdiyini söyləyib. Garcia, “Edəcək heç bir şey yox idi. 08.00-15.00 arası olmasa da hər gün işə gedirdim.” deyib.
Bekarçılıqdan özünü oxumağa verən Joaquin Qarsiyanın filosof Baruch Spinoza mütəxəssisi olduğu ifadə edilir.

Google`un rəhbəri nə qədər maaş aldığını bilmir

12734195_1120494647961056_8368889877862962515_n

Google`un Avropa məsulu Matt Brittin`in, İngiltərə İctimai Hesablama Komitəsi nazirlərinin sorğusu zamanı maaşını bilmədiyini söyləməsi, müzakirələrə səbəb olub.
Guardian qəzetinin xəbərinə görə, İctimai Hesablama Komitəsi tərəfindən sorğu-sual edilən Brittin’den maaşını açıqlaması tələb olunub.

Komitə sədri Meg Hillier’in tələbini “Əgər komitə üçün bu qədər mühimdirsə, əlbəttə deyərəm” deyə cavablayan Brittin, Hillier’in israrlı suallarına baxmayaraq “nə qədər maaş aldığını açıqlaya bilmədiyini, çünki tam olaraq nə qədər qazandığını bilmədiyini” söyləyib.
Hillier’in sərt bir şəkildə “Maaşınızın nə qədər olduğunu bilmirsinizmi cənab Britton?” deyə soruşması, nazirlər arasında gülüşmələrə səbəb olub.

Bütün bunlara isə texnologiya nəhəngi Google`un, 2006 və 2011 illəri arasında qeydə alınan 18 milyard dollarlıq gəlirinə qarşılıq yalnız 16 milyon dollar vergi ödəməklə günahlandırılması səbəb olub.

“Dayılar” Cənnəti

Bir şirkət düşünün. Bu şirkət X sektorunda fəaliyyət göstərir. Bu şirkət, sahibinin sahib olduğu yeganə biznes növü deyil, onun bir çox başqa fəaliyyətləri də var.

Şirkətdə İnsan Resursları, Mühasibatlıq, IT və s. bölmələr normal olaraq fəaliyyət göstərir.

Ancaq məsələ orasındadır ki, bu şirkətdə bir də “Dayılar Qrupu” var. Bu qrupa yaşı ortalama 45-55 arasında olan, əvvəllər müxtəlif sahələrdə işləmiş insanlar daxildir. Ancaq bu “dayılar”ın digər işçilərdən fərqləri ondadır ki, onların əksəriyyəti demək olar ki, kompyuterdən istifadə edə bilmirlər, dil bilikləri demək olar ki yoxdur, bütün işlərini gün boyu əllərindən düşürmədikləri bir dəftərçə ilə həll edirlər. Onlar şirkətə elə dayıları vasitəsilə düzəliblər, heç bir müsahibə və ya müsabiqədən keçmədən. İş prosesi zamanı bu işçilərə elə “dayı” adı ilə də müraciət olunur.

Beynəlxalq və Yerli arasındakı fərq və ya “Niyə o Əjdahadan bizdə yoxdur?!

Qəzetlərin iqtisadiyyat səhifələrindəki xəbərləri oxuyarkən bir məqalə ilə qarşılaşdım. Elə ilk baxışdan məqalənin adı (CarrefourSA’da aslında ne oldu?) diqqətimi cəlb etdi və oxumağa qərar verdim. Bəri başdan qeyd edim ki, bir neçə il əvvələ qədər CarrefourSA ABŞ şirkəti Wall-Mart`dan sonra dünyanın 2-ci, Avropanın isə ən böyük Pərakəndə satış zənciri olub.
Məqaləni bu şirkətdə uzun illər müxtəlif vəzifələrdə çalışmış Nurullah Öztürk qələmə alıb.

Müəllif öz məqaləsində qlobal iqtidasi böhran zamanı şirkətin strategiyası, verilən qərarlar və uzun illər Carrefour`da CEO olaraq işləmiş Daniel Bernard`ın 1995-ci ildə şirkətin müxtəlif ölkələrdəki idarəçilərinə göndərdiyi məxfi məktubda dünyada pərakəndə sektorunun 2010-cu ilə qədərki inkişafı və Carrefour’un bu vəziyyətə qarşı tədbirlər planında qeyd etdiyi addımlardan və digər şirkət strategiyalarından bəhs olunur.

Bu məqalə vasitəsilə ilə vurğulamaq istədiyim başqa bir məsələ daha var: Beynəlxalq və Yerli şirkətlər arasındakı əsas və ən mühim FƏRQLƏR:
– Beynəlxalq markalar ilə yerli markalar arasındakı ən təməl fərqlərdən biri; qlobal markalarda bir işin təşkili, inkişaf və təşkilatlanma fəaliyyəti keyfiyyətli insan resursları vasitəsilə edilərkən, milli və yerli şirkətlərdə bu iş sıravi və adi bir iş olaraq görülür, yaxın dost, tanış və yoldaşlara həvalə edilir.
– Böyük markalar, olduqları bazarlarda sistemi yaxşı yetişmiş və təcrübəli beyinlərə qurdurub, sistem qurulduqdan sonra müəssisə fəaliyyətini normal fərdlərə təhvil verib, daha təcrübəli insanlardan isə strategiya müəyyənləşdirmək, yenilik və fərqlilik yaratmaqda istifadə etməkdə davam etməkdədirlər.
Sizcə “O Əjdahalardan bizdə olmamasının” səbəbləri elə bunlar deyil???

International Business

Siz heç İş yerində ağladınızmı?

Məşhur xəbər saytı CNNMoney, maraqlı bir araşdırma keçirib. İş yerində ağlamaq olarmı? (Is it ok to cry at work?)

İşçilər, iş həyatında olduğu kimi ailə həyatlarında da müxtəlif problemlərlə qarşı-qarşıya qala bilir. Bu kimi problemlər iş yerindəki stresslə birləşdiyində isə işçilərin bu stressdən qurtulmanın ən yaxşı yollarından biri ağlamaq ola bilər?!

shutterstock_66713980

Araşdırma ilə bağlı CNNMoney, iş həyatında yığılan stressin biruzə verilməsi simvolu olaraq ələ aldığı iş yerində göz yaşlarına hakim ola bilməmə hadisələrini iş dünyası mütəxəssislərinə soruşub. Bu qəribə sualı cavablandıranlar arasında İnsan Resursları mütəxəssisləri və bəzi şirkətlərin rəhbərləri də olub. Bəzi mütəxəssislər bu sualı aşağıdakı kimi cavablandırıblar:

Liane Davey – Təşkilat Psixiatrı:

Əslində bu tam bir dəlilikdir. İş həyatındakı bu sıx təzyiq və stressli həyatı şəxsən biz inşa etmişik.

– Jim WHITEHURST – Delta Airlines şirkətinin keçmiş CEO-su:

Bizlər insanıq. Təbii ki, ola bilər. Ağıllı rəhbərlər bunu anlayar və hiss edər; təzyiqi tarazlıqda tutar.

Cynthia Shapiro – İnsan Resursları Meneceri; Korporativ Gizlilik kitabının müəllifi:

Araşdırdıqca daha maraqlı məlumatların ortaya çıxmasına səbəb olan bu sual sonrası bir qəribə məlumat daha; İnsan Resursları Meneceri Saphiro, bunlara əlavə olaraq bir insan resursları rəhbəri olaraq indiyə qədər bir çox adamı işdən çıxarmaq məcburiyyətində qaldığını söyləyərək əlavə edib, “Əvvəllər bütün işdən çıxardığım işçilərin arxasından göz yaşı tökürdüm amma zaman keçdikcə bunu etməməyə başladım.” Saphiro’ya görə, əslində ağlamaq insani bir hissdir, lakin iş həyatında yaşadığı təcrübələr öz dəyər mühakimələrini dəyişməyə səbəb olub və bunun onun özünü narahat etdiyini də əlavə edib.

Mənbə: http://blog.zaman.com.tr/

Təcrübə Proqramının ilk günü :)

ABŞ-da fəaliyyət göstərən şirkətlərin birində maraqlı bir hadisə yaşanıb. Belə ki, adı açıqlanmayan bir adamın təcrübə proqramının ilk günündə yatmasını fürsət bilən digər işçilər talehsiz gəncin ətrafında şəkil çəkdirib, internetdə yayınlayıblar. Qısa müddətdə paylaşma rekordları qıran bu şəkil isə insanlar tərəfindən birmənalı qarşılanmayıb və müəyyən etirazlara səbəb olub.

İşdə ilk gün

Bir yıl sonrasıysa düşündüğün, tohum ek.

Ağaç dik, on yıl sonrasıysa tasarladığın.

Ama düşünüyorsan yüz yıl ötesini, halkı eğit o zaman.

Bir kez tohum ekersen, bir kez ürün alırsın.

Bir kez ağaç dikersen, on kez ürün alırsın,

Yüz kez olur bu ürün, eğitirsen milleti. Birisine bir balık verirsen, doyar bir defalık.

Balık tutmayı öğret, doysun ömrün boyunca… (KUAN-TZU) 

Ey LinkedIn, sən nələrə qadirsən!

Linkedin.com portalı həm uyğun namizəd axtaran şirkətlər, həm də iş axtaran namizədlərin istifadə etdiyi əsas vasitələrdən biridir.  Ancaq bu vasitənin qış transfer pəncərəsinin açıq olduğu müddətdə özünə uyğun fulbolçunu transfer etməkdə də işə yarayacağını, açığı təsəvvür etmirdim.

Belə ki, Sloveniya futbol klubu NK Domzale‘nin baş məşqçisi Luka Elsner, sisteminə uyğun sağ cinah müdafiəçisini innovativ bir üsulla tapıb. Yanvar ayının son günü bağlanan ara transfer dövrünün ən maraqlı transferlərindən birini Slovenyanın NK Domzale komandası edib. Torku Konyaspor‘a sağ cinah müdafiəçisi Nejc Skubic‘i satan NK Domzale komandası, yeni cinah müdafiəçisini LinkedIn saytına verilən elanla tapıb.

linkedin

Axtarışları heç bir nəticə verməyən NK Domzale’nin baş məşqçisi, çarəni internetdə axtarış etməkdə tapıb və iş dünyasındakı insanların bir-birləriylə ünsiyyət qurmasını təmin edən Linkedin saytına elan verib.

Edilən seçmələr sonrasında 33 yaşındakı məşqçi, daha əvvəl Anorthosis FamagustaVideoton komandalarında oynamış 30 yaşındakı Alvaro Brachi‘nin üzərində dayanıb.

Sloveniya komandasının 33 yaşındakı baş məşqçisi Luka Elsner, 7 Yanvarda profilində paylaşdığı elanda, “Komandamız Domzale üçün Avropa Birliyi pasportu olan sağ cinah müdafiəçisi axtarırıq. 3-4-3 sistemi üçün hücuma yönəlik bir sağ cinah oyunçusu olmalı” yazaraq, müraciət üçün axtarılan keyfiyyətləri təyin edib.

Mövzuyla əlaqədar L’Equipe qəzetinə müsahibə verən slovakiyalı baş məşqçi, “50 futbolçu meneceri profilimi izlədi. Üç gündə 150 futbolçunun profilini mənə göndərdilər. Bu qısa zamanda geri dönüş almaq üçün ən effektli yol idi. Seçimimiz Macarıstan komandası Videoton’da oynayan bir İspan futbolçu oldu. Çox yaxşı bir iş bacardığımızı düşünürəm. ” deyib.

Mənbə:

www.aydancag.com

www.tr.eurosport.com

www.ntvspor.net