İş dünyasının gələcəyi – “Crowdsourcing”

12744369_1123029724374215_8187646747123594848_n

“Crowdsourcing” – Kütlələrin həll platforması” adlı iş modelində müştərilərin özləri istehsal edir və yenə eyni müştərilər istehsal edilənləri satın alır.
Wikipedia nümunəsində – internet ensiklopediyası olan Wikipedia-nın məzmununu milyonlarla sıravi insan müəyyənləşdirir və yenə milyonlarla bənzər sıravi insan istehlak edir. iStockphoto.com saytı yenə milyonlarla həvəskar fotoqrafın fotoşəkillərini başqa istifadəçilərin almasına imkan verən bir saytdır. İstifadəçilər hazırlayır və yenə istifadəçilər satın alır.

Hazırda dünyada klassik müəssisələrin edə biləcəyi ağıllı iş, insanların həm istehsal, həm də istehlak edə biləcəyi platformalar ortaya çıxarmaqdır. Twitter, YouTube və Facebook əslində insanların həm məzmun hazırladığı, həm də məzmun istehlak etdiyi platformalardır. O zaman qloballaşma və böyümə məqsədi olan müəssisələr bu gün müştərilərin həm, istehsal həm də istehlak edə biləcəyi platformalar üzərində işləməlidirlər.

Barak Obama-nın ABŞ prezident seçkisində apardığı seçki kampaniyasını da bir başqa “Crowdsourcing” nümunəsi kimi göstərmək olar. Əvvəllər ABŞ-da seçki kampaniyalarında namizədləri müxtəlif işadamları milyonlarla dollarlıq ianələrlə dəstəkləyərdilər. Obamanın kampaniyasında isə belə bir şey olmadı. Milyonlarla vətəndaş 100 dollar ətrafında kiçik məbləğləri Obamanın kampaniyasına bağışladılar. Bununla qalmadılar, Obamanı bloqlar, Facebook və Twitter vasitəsilə də dəstəklədilər. Beləcə milyonlarla müstəqil insan, bir seçki kampaniyası ordusuna çevrildi.

Mənbə və müəllifin digər məqalələri ilə də burada tanışa ola bilərsiniz.

 

Advertisements

İş dünyasının gələcəyi – “Crowdsourcing”” üzərinə bir şərh

  1. Fənərbağça da buna bənzər bir kampaniya keçirdirdi, bəlkə də indi də davam edir. Bir çox insan vasitəsi ilə həm maddi dəstək, həm də sosial mediya vasitəsilə PR dəstəyi toplayırdı. 🙂

    Bəyən

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma