“Bir Ömür Nasıl Yaşanır?” kitabı haqqında

52309294_2611987235484811_7355207983472574464_o

Hazırda bir çoxlarmız kimi mən də distant işləyirəm və vaxt tapdıqca mütaliə etməyə çalışıram. Keçənlərdə Şəkidəki kitab mağazalarından birində məşhur türk tarixçi İlber Ortaylının 2019-cu ildə çapdan çıxmış “Bir Ömür Nasıl Yaşanır (Hayatta Doğru Seçimlər İçin Öneriler)” kitabı diqqətimi çəkdi. Kitabı bir neçə dəqiqə vərəqlədikdən sonra aldım və bir neçə gün içində oxuyub bitirdim. Əvvəlcədən deyim ki, kitabı oxuyarkən mütləq yanınızda qələm və qeyd dəftərçəsi olsun.

Məlumat üçün deyim ki, kitab fevral ayında çapdan çıxıb və noyabr ayına qədər artıq 16 dəfə təkrar nəşr edilib.

Kitabda yer verilən əsas başlıqlar aşağıdakılardır:

  • Kimdən, nəyi öyrənmək?
  • İnsan özü-özünü necə yetişdirə bilər?
  • Necə effektiv işləmək lazımdır?
  • Necə səyahət etmək, haraları mütləq gəzib görmək lazmdır?
  • Təhsil üçün düzgün seçimlər etmək
  • Nələri izləmək, nələri dinləmək, nələri oxumaq …

Kitabı Yenal Bilgici “söyleşi” formasında – İlber hocaya müxtəlif formalarda suallar soruşaraq hazırlayıb. Dili çox aydın və asandır. Hocanı tanıyanlar onun necə maraqlı şəxsiyyət olduğunu və məsələlərə özünəməxsus tərzdə yanaşmasını bilirlər. Hətta onun daha əvvəl dediyim bəzi fikirləri artıq xalq arasında məsəl kimi istifadə edilir. Onlardan biri belə idi: “İlber Ortaylı ‘Evlenip mobilyacı dükkanı gezeceğinize, dünyayı gezin” 

Kitabda yer alan bir neçə maraqlı fikri (özünəməxsusluğu pozmamaq üçün orijinal dilində paylaşıram) də qeyd edib yazımı bu şəkildə sonlandırmaq istərdim:

  • Hayatımız temel olarak dörde ayrılır; 15-25 arası, 25-40 arası, 40-55 arası, ve 55 sonrası. İyi bir yaşam için, her bir dönemde tamamlamamız gereken bazı işler, edinmemiz gereken bazı alışkanlıklar vardır. Bunlar verimli, güzel bir ömür sürmenin anahtarlarıdır;
  • Farklı insanları arayıp bulun, dünyanız değişsin;
  • Üstünüze vazife olmayan şeylerle de ilgilenin;
  • Semerkand`ı, Floransa`yı, Buhara`yı, Roma`yı ve Kudüs`ü görmeden ölmeyin …

 

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma