“Dayılar” Cənnəti

Bir şirkət düşünün. Bu şirkət X sektorunda fəaliyyət göstərir. Bu şirkət, sahibinin sahib olduğu yeganə biznes növü deyil, onun bir çox başqa fəaliyyətləri də var.

Şirkətdə İnsan Resursları, Mühasibatlıq, IT və s. bölmələr normal olaraq fəaliyyət göstərir.

Ancaq məsələ orasındadır ki, bu şirkətdə bir də “Dayılar Qrupu” var. Bu qrupa yaşı ortalama 45-55 arasında olan, əvvəllər müxtəlif sahələrdə işləmiş insanlar daxildir. Ancaq bu “dayılar”ın digər işçilərdən fərqləri ondadır ki, onların əksəriyyəti demək olar ki, kompyuterdən istifadə edə bilmirlər, dil bilikləri demək olar ki yoxdur, bütün işlərini gün boyu əllərindən düşürmədikləri bir dəftərçə ilə həll edirlər. Onlar şirkətə elə dayıları vasitəsilə düzəliblər, heç bir müsahibə və ya müsabiqədən keçmədən. İş prosesi zamanı bu işçilərə elə “dayı” adı ilə də müraciət olunur.

Advertisements

Beynəlxalq və Yerli arasındakı fərq və ya “Niyə o Əjdahadan bizdə yoxdur?!

Qəzetlərin iqtisadiyyat səhifələrindəki xəbərləri oxuyarkən bir məqalə ilə qarşılaşdım. Elə ilk baxışdan məqalənin adı (CarrefourSA’da aslında ne oldu?) diqqətimi cəlb etdi və oxumağa qərar verdim. Bəri başdan qeyd edim ki, bir neçə il əvvələ qədər CarrefourSA ABŞ şirkəti Wall-Mart`dan sonra dünyanın 2-ci, Avropanın isə ən böyük Pərakəndə satış zənciri olub.
Məqaləni bu şirkətdə uzun illər müxtəlif vəzifələrdə çalışmış Nurullah Öztürk qələmə alıb.

Müəllif öz məqaləsində qlobal iqtidasi böhran zamanı şirkətin strategiyası, verilən qərarlar və uzun illər Carrefour`da CEO olaraq işləmiş Daniel Bernard`ın 1995-ci ildə şirkətin müxtəlif ölkələrdəki idarəçilərinə göndərdiyi məxfi məktubda dünyada pərakəndə sektorunun 2010-cu ilə qədərki inkişafı və Carrefour’un bu vəziyyətə qarşı tədbirlər planında qeyd etdiyi addımlardan və digər şirkət strategiyalarından bəhs olunur.

Bu məqalə vasitəsilə ilə vurğulamaq istədiyim başqa bir məsələ daha var: Beynəlxalq və Yerli şirkətlər arasındakı əsas və ən mühim FƏRQLƏR:
– Beynəlxalq markalar ilə yerli markalar arasındakı ən təməl fərqlərdən biri; qlobal markalarda bir işin təşkili, inkişaf və təşkilatlanma fəaliyyəti keyfiyyətli insan resursları vasitəsilə edilərkən, milli və yerli şirkətlərdə bu iş sıravi və adi bir iş olaraq görülür, yaxın dost, tanış və yoldaşlara həvalə edilir.
– Böyük markalar, olduqları bazarlarda sistemi yaxşı yetişmiş və təcrübəli beyinlərə qurdurub, sistem qurulduqdan sonra müəssisə fəaliyyətini normal fərdlərə təhvil verib, daha təcrübəli insanlardan isə strategiya müəyyənləşdirmək, yenilik və fərqlilik yaratmaqda istifadə etməkdə davam etməkdədirlər.
Sizcə “O Əjdahalardan bizdə olmamasının” səbəbləri elə bunlar deyil???

International Business

Siz heç İş yerində ağladınızmı?

Məşhur xəbər saytı CNNMoney, maraqlı bir araşdırma keçirib. İş yerində ağlamaq olarmı? (Is it ok to cry at work?)

İşçilər, iş həyatında olduğu kimi ailə həyatlarında da müxtəlif problemlərlə qarşı-qarşıya qala bilir. Bu kimi problemlər iş yerindəki stresslə birləşdiyində isə işçilərin bu stressdən qurtulmanın ən yaxşı yollarından biri ağlamaq ola bilər?!

shutterstock_66713980

Araşdırma ilə bağlı CNNMoney, iş həyatında yığılan stressin biruzə verilməsi simvolu olaraq ələ aldığı iş yerində göz yaşlarına hakim ola bilməmə hadisələrini iş dünyası mütəxəssislərinə soruşub. Bu qəribə sualı cavablandıranlar arasında İnsan Resursları mütəxəssisləri və bəzi şirkətlərin rəhbərləri də olub. Bəzi mütəxəssislər bu sualı aşağıdakı kimi cavablandırıblar:

Liane Davey – Təşkilat Psixiatrı:

Əslində bu tam bir dəlilikdir. İş həyatındakı bu sıx təzyiq və stressli həyatı şəxsən biz inşa etmişik.

– Jim WHITEHURST – Delta Airlines şirkətinin keçmiş CEO-su:

Bizlər insanıq. Təbii ki, ola bilər. Ağıllı rəhbərlər bunu anlayar və hiss edər; təzyiqi tarazlıqda tutar.

Cynthia Shapiro – İnsan Resursları Meneceri; Korporativ Gizlilik kitabının müəllifi:

Araşdırdıqca daha maraqlı məlumatların ortaya çıxmasına səbəb olan bu sual sonrası bir qəribə məlumat daha; İnsan Resursları Meneceri Saphiro, bunlara əlavə olaraq bir insan resursları rəhbəri olaraq indiyə qədər bir çox adamı işdən çıxarmaq məcburiyyətində qaldığını söyləyərək əlavə edib, “Əvvəllər bütün işdən çıxardığım işçilərin arxasından göz yaşı tökürdüm amma zaman keçdikcə bunu etməməyə başladım.” Saphiro’ya görə, əslində ağlamaq insani bir hissdir, lakin iş həyatında yaşadığı təcrübələr öz dəyər mühakimələrini dəyişməyə səbəb olub və bunun onun özünü narahat etdiyini də əlavə edib.

Mənbə: http://blog.zaman.com.tr/

Təcrübə Proqramının ilk günü :)

ABŞ-da fəaliyyət göstərən şirkətlərin birində maraqlı bir hadisə yaşanıb. Belə ki, adı açıqlanmayan bir adamın təcrübə proqramının ilk günündə yatmasını fürsət bilən digər işçilər talehsiz gəncin ətrafında şəkil çəkdirib, internetdə yayınlayıblar. Qısa müddətdə paylaşma rekordları qıran bu şəkil isə insanlar tərəfindən birmənalı qarşılanmayıb və müəyyən etirazlara səbəb olub.

İşdə ilk gün

Bir yıl sonrasıysa düşündüğün, tohum ek.

Ağaç dik, on yıl sonrasıysa tasarladığın.

Ama düşünüyorsan yüz yıl ötesini, halkı eğit o zaman.

Bir kez tohum ekersen, bir kez ürün alırsın.

Bir kez ağaç dikersen, on kez ürün alırsın,

Yüz kez olur bu ürün, eğitirsen milleti. Birisine bir balık verirsen, doyar bir defalık.

Balık tutmayı öğret, doysun ömrün boyunca… (KUAN-TZU) 

Ey LinkedIn, sən nələrə qadirsən!

Linkedin.com portalı həm uyğun namizəd axtaran şirkətlər, həm də iş axtaran namizədlərin istifadə etdiyi əsas vasitələrdən biridir.  Ancaq bu vasitənin qış transfer pəncərəsinin açıq olduğu müddətdə özünə uyğun fulbolçunu transfer etməkdə də işə yarayacağını, açığı təsəvvür etmirdim.

Belə ki, Sloveniya futbol klubu NK Domzale‘nin baş məşqçisi Luka Elsner, sisteminə uyğun sağ cinah müdafiəçisini innovativ bir üsulla tapıb. Yanvar ayının son günü bağlanan ara transfer dövrünün ən maraqlı transferlərindən birini Slovenyanın NK Domzale komandası edib. Torku Konyaspor‘a sağ cinah müdafiəçisi Nejc Skubic‘i satan NK Domzale komandası, yeni cinah müdafiəçisini LinkedIn saytına verilən elanla tapıb.

linkedin

Axtarışları heç bir nəticə verməyən NK Domzale’nin baş məşqçisi, çarəni internetdə axtarış etməkdə tapıb və iş dünyasındakı insanların bir-birləriylə ünsiyyət qurmasını təmin edən Linkedin saytına elan verib.

Edilən seçmələr sonrasında 33 yaşındakı məşqçi, daha əvvəl Anorthosis FamagustaVideoton komandalarında oynamış 30 yaşındakı Alvaro Brachi‘nin üzərində dayanıb.

Sloveniya komandasının 33 yaşındakı baş məşqçisi Luka Elsner, 7 Yanvarda profilində paylaşdığı elanda, “Komandamız Domzale üçün Avropa Birliyi pasportu olan sağ cinah müdafiəçisi axtarırıq. 3-4-3 sistemi üçün hücuma yönəlik bir sağ cinah oyunçusu olmalı” yazaraq, müraciət üçün axtarılan keyfiyyətləri təyin edib.

Mövzuyla əlaqədar L’Equipe qəzetinə müsahibə verən slovakiyalı baş məşqçi, “50 futbolçu meneceri profilimi izlədi. Üç gündə 150 futbolçunun profilini mənə göndərdilər. Bu qısa zamanda geri dönüş almaq üçün ən effektli yol idi. Seçimimiz Macarıstan komandası Videoton’da oynayan bir İspan futbolçu oldu. Çox yaxşı bir iş bacardığımızı düşünürəm. ” deyib.

Mənbə:

www.aydancag.com

www.tr.eurosport.com

www.ntvspor.net

Gələcəyin hələ məlum olmayan “peşələri”

Bu ilin yanvar ayında təşkil edilən növbəti Dünya İqtisadi Forumu iş dünyasının gələcəyi ilə bağlı “The Future of Jobs” (Peşələrin Gələcəyi) adlı maraqlı bir araşdırma keçirib. Hesabata görə dünyada artıq 4-cü Sənaye İnqilabı başlayır. Araşdırma 15 fərqli ölkə iqtisadiyyatını əhatə edib.
Araşdırmanın önə çıxardığı ən əhəmiyyətli mövzulardan biri “4-cü Sənaye İnqilabı” olub. Xüsusilə də genetika, süni zəka, robot texnologiyası, nanotexnologiya, 3D printerləri və biotexnologiya sahələrindəki irəliləyişlər, artıq 4-cü Sənaye inqilabına addım atdığımızı dəstəkləyən ciddi faktorlar kimi vurğulanıb. Bu sahədəki irəliləyişlər bir tərəfdən əhəmiyyətli potensialları ortaya çıxardarkən bir tərəfdən də bəzi peşələri yox olma təhlükəsiylə qarşı-qarşıya qoyur. Ehtimallara görə, bu gün məktəbə başlayan uşaqların 65 faizi iş həyatına atıldıqları zaman “günümüzdə hələ var olmayan” iş qollarında çalışacaqlar.

Araşdırma ilə ətraflı burada tanış ola bilərsiz.

56a5e520c03c0e277c0d6630

“Sanki Yedim, Sanki Etdim” Metodu

Bu metodun adını İstanbulun Fatih səmtində yerləşən bir caminin adından götürmüşəm.
Rəvayətə görə Keçecizade Hayreddin adında birisi, Osmanlı dönəmində padşahların tikdirdiyi müxtəlif camiləri görüb, özü də bir cami tikdirmək arzusuna düşür və bunun üçün pul yığmağa başlayır. Ürəyi bir şey istədiyində almayıb; sanki yedim deyərək pulunu bir kənara qoyur. 20 il boyunca topladığı pullarla kiçik də olsa bir cami inşa etdirir ve caminin adı xalq arasında “Sanki Yedim Camii” olaraq xatırlanır.
Bu metoddan istifadə edərək, gündəlik yediyimiz və ya etdiyimiz şeylərdən fədakarlıq edərək çox kiçik məbləğlərdə vəsaiti toplayıb bir həftə ərzində bir kitab ala və ya bir ayın sonunda hər hansı təlim və ya seminara gedib şəxsi inkişamız üçün çalışa bilərik. Nə bilmək olar, bəlkə də bu vasitə ilə əldə edəcəyimiz biliklər gələcək karyeramızın inkişafında müstəsna rol oynayacaq.
Nümunə üçün deyim ki, “Əli və Nino” mağazalar şəbəkəsinin “Həftənin fürsəti” bölməsində hər həftə 4 kitaba 70% endirim tətbiq edilir. Təbii ki, dəyərləndirə biləcəyimiz sadəcə bu imkan deyil, kiçik bir araşdırma ilə daha çox və müxtəlif fürsətlərdən də yararlana bilərik, yetər ki, bunun  üçün istək və arzumuz olsun.

P.S. Orta məktəbdə müəllimlərimizdən birinin gözəl bir sözü var idi: “Fürsətlər hazır ruhlar üçündür”.

sanki yedim

Effektiv İş axtarışı və ya “Mən Həsən Ağanın Qohumuyam”

Namizədlərin təhsil müddətini başa vurduqdan sonra, elə təhsil müddətində və ya ümumi olaraq idarə etməli olduqları əsas mərhələlərdən biri də “İş Axtarışı” prosesidir. Əgər sizin də Əbdürrəhim bəy Haqverdiyevin “Mirzə Səfər” hekayəsindəki “Həsən ağa” kimi bir qohumunuz yoxdursa, o zaman bu prosesi maksimum hansı şəkildə effektiv idarə etmək olar:

  • Hədəflərinizi konkretləşdirin. Bu sizə vaxtınıza və digər resurslarınıza qənaət etmək imkanı verəcəkdir.
  • İşə mərhələnin planlamasından – hansı addımların atılacağını müəyyənləşdirməkdən başlamaq lazımdır.
  • Özünüzü şirkətə “sata bilmək” üçün CV-nizə maksimum diqqət yetirin. CV-nizin qrammatik, ifadə və estetik baxımdan düzgün olmasına fikir verin. Unutmayın ki, şirkətlər görüşə dəvət etməmişdən öncə sizi CV vasitəsilə qiymətləndirir. CV-də yalan və ya şişirdilmiş məlumatlara qətiyyən yol verməyin.
  • CV ilə birlikdə müraciət məktubu da göndərməniz sizi digər namizədlərdən fərqləndirəcəkdir.
  • Yaxşı olar ki, səliqəli və bütün məlumatlarınızın qeyd edildiyi LinkedIn profiliniz olsun və çalışın daim profilinizdəki bu məlumatları yeniləyin.
  • Sosial mediada müxtəlif şirkətlərin səhifələrinə abonə olmanız, daimi olaraq onların fəaliyyyətlərini və iş elanlarını izləməniz və aparılan aktiv müzakirələrdə iştirak etməniz sizin üçün faydalı olacaqdır.
  • İstifadə edə biləcəyiniz iş axtarışı saytları və digər alətlər haqqında araşdırma edib, onların siyahısını hazırlayın.
  • Unutmaq olmaz ki, CV ancaq sizin görüşə çağırılmağınızı təmin edir. İşə götürülmədə həlledici rolu müsahibə oynayır. Bu səbəbdən ümumi olaraq Müsahibə mərhələsinin idarəedilməsinə hazır olmaq və maksimum şəkildə yaxşı hazırlaşmaq lazımdır.
  • Müsahibədən dərhal sonra görüşdüyünüz şirkət nümayəndəsinin adına bir “Təşəkkür məktubu” yazın. (Əmin olun, bu detal haqqında hələ də bir çox namizədin heç xəbəri də yoxdur !)
  • Ətrafınızda daim məsləhətləşə biləcəyiniz yeni insanlarla tanış olmağa çalışın (Networking), əlaqələrinizi genişləndirin.

Hamınıza “axtardığınız işi” ən qısa zamanda tapmağınızı arzulayıram.

job-search-strategies

CV-lərin “qanayan yarası” – HOBBİLƏR

Çoxtandır CV-lərdə bütün namizədlərin xüsusi yer ayırdığı “Hobbilər” bölməsi barədə kiçik də olsa bir yazı yazmaq istəyirdim. Elə bu məqsədlə də Google-da “CV-lərdə hobbilər” yazmaq istəyirdim ki, “CV-lər” sözünü yazan kimi yuxarıda qeyd etdiyim araşdırma nəticələri elə avtomatik çıxdı. Bu qənaətə gəldim ki, bu mövzu kifayət qədər maraqlı və araşdırmaya açıq mövzudur. Ancaq məsələ orasındadır ki, namizədlərin demək olar ki, əksəriyyəti bu mövzunun əhəmiyyətinə elə də diqqət etmir və müəyyən vaxtlarda elə bu səbəbdən də müsahibə prosesində bu mövzu ilə bağlı suallarla qarşılaşdıqları vaxtlarda pis vəziyyətdə qalırlar.

Bu mövzu ilə bağlı maraqlı və faydalı olduğuna inandığım bir məqaləni sizlərlə paylaşıram.

Ətraflı:hobby in cv example