Həyatınızı və bəlkə də Dünyanı dəyişdirəcək kiçik şeylər

Bu həftə, uzun illər ABŞ Donanmasında xidmət etmiş və 2011-2014-cü illərdə ABŞ Xüsusi Təyinatlı Qüvvələrinin Komandanı olmuş Admiral William Harry McRaven`in “Make Your Bed: Little Things That Can Change Your Life…And Maybe the World” (ÇARPAYINI SƏLIQƏYƏ SAL – HƏYATINIZI VƏ BƏLKƏ DƏ DÜNYANI DƏYİŞDİRƏCƏK KİÇİK ŞEYLƏR) adlı kitabından bəzi qeydləri paylaşmaq istərdim:

– Həyatınızı və bəlkə də dünyanı dəyişdirmək istəyirsinizsə, işə çarpayınızı səliqəyə salmaqla başlayın!

– … Həyatınızda bir yerə varmaq üçün yaxşı insanlardan ibarət bir qrupa ehtiyacınız var. Avarları tək hərəkətə gətirə bilməzsiniz.Həyatınızı bölüşəcək birini tapın, bacardığınız qədər çox dost qazanın və müvəffəqiyyətinizin başqalarından asılı olduğunu unutmayın.

– Bəxtsizliyinizi günahlandırmayın… gələcəyə baxın və davam edin!

– Keçmiş uğursuzluqların mənə güc verdiyini və heç kimin səhv etməkdən sığortalanmadığını anladım. Həqiqi liderlər uğursuzluqlarından dərs almalı, bu dərslərdən özlərini motivasiya etmək üçün istifadə etməli, yenidən cəhd etməkdən və növbəti çətin qərarı verməkdən çəkinməməlidirlər.

– Həyat bir mübarizədir və uğursuzluq potensialı həmişə var. Ancaq uğursuzluq, çətinlik və ya xəcalət qorxusu içində yaşayanlar heç bir zaman potensiallarına çata bilməzlər… Böyük risk almadan həyatınızda həqiqətən nəyin mümkün olduğunu heç vaxt bilə bilməzsiniz.

– Dünyanı gəzərkən öyrəndiyim bir şey varsa, o da ümidin gücüdür… Bir insan digər insanlara ümid verərək dünyanı dəyişdirə bilər.

Bir şərh yazın